Tovuzda yük avtomobili dərəyə aşdı - ÖLƏN VAR

Tovuzda yük avtomobili dərəyə aşdı - ÖLƏN VAR

Tovuz rayonunun Əlimərdanlı kəndi ərazisində “KamAZ” markalı yük avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1969-cu il təvəllüdlü Alıyev Alik Qəmbər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri qayıt