Ermənilər Tərtəri atəşə tutur, 300-ə yaxın mərmi atıldı

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini yenidən atəşə tutmaqda davam edir. ONN media xəbər verir ki, oktyabrın 13-ü səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alır, vətəndaşları ağır artilleriya atəşəinə tutur. Məlumata görə, bu gün ərzində ermənilər tərəfindən Tərtər şəhərini və ətraf kəndləri - Qazyan, Yuxarı Qaradağlı, Səhləbat və Əskipara kəndi ərazisinə ümumilikdə 300-ə yaxın top mərmisi atılıb. Hazırda zərər dəymiş evlərin sayı araşdırılır. İlkin məlumata görə, 10-dan çox evə ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Düşmənin rayon ərazisinə dayanmadan atdığı top mərmilərinin partlaması nəticəsində göyə tüstü qalxır. Azərbaycan Ordusu tərəfindən ermənilərə adekvat cavab tədbirləri görülür.(report)