Türkiyədə 44 nəfər həyatından oldu

Türkiyədə 9 oktyabrdan etibarən saxta içkidən ölüm halları 44-ə çatıb. ONN media xəbər verir ki, 8 vilayətdə qeydə alınan saxta içkidən zəhərlənmə halları nəticəsində daha 50 nəfər ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib.
Bildirilir ki, Türkiyədə 1 noyabrdan etibarən qadağan olunması nəzərdə tutulan etil spirti üçün tələbin artması və qiymətin bahalaşması ilə saxta içki istehsalçılarının onun yerinə metil spirtindən istifadə etməsi zəhərlənmə və ölümlərə yol açıb.