Nikol Gəncə terrorunu törədənə general rütbəsi verir

Ermənistan ordusunun Baş Qərargah rəisi general-leytenant Onik Qasparyana general-polkovnik rütbəsi verilib. ONN media xəbər verir ki, bu məlumatı öz Feysbuk səhifəsində Ermənistan Baş naziri Nikol Paşinyan paylaşıb. Bundan başqa Ermənistanın 2-ci korpusunun komandiri polkovnik Araik Arutyunyan və 4-cü korpusun komandiri polkovnik Artak Budaqyana da general rütbələrinin veriləcəyi bildirilib. Qeyd edək ki, Qasparyan Ermənistanın Qarabağdakı bütün əməliyyatlarını planlaşdıran şəxsdir. Arutyunyan isə Ermənistan ordusunun Azərbaycanın Kəlbəcər və Gədəbəy rayonlarıyla sərhəddəki 2-ci korpusuna nəzarət edir. Məhz onun komandanlığında korpusun bölmələri Azərbaycanın müxtəlif şəhərlərinə Ermənistanın Vardenis şəhərindən raket zərbələri endirib, eləcə də Gəncə terrorunu törədib. Budaqyan Ermənistanın Naxçıvanla sərhəddəki qoşunlarına rəhbərlik edir.