İlham Əliyev: Bu, BİZƏ GÜC VERİR

Türkiyə-Azərbaycan birliyi bir reallıqdır. Zaman keçdikcə bu birlik daha da möhkəmlənəcək. ONN media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NTV televiziya kanalına müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, gələcəyi nikbin görür: “Mən əminəm ki, biz istədiklərimə nail ola biləcəyik. Biz çox xoşbəxtik ki, Türkiyə kimi qardaşımız var. Türkiyə Azərbaycan üçün hər zaman ən böyük müttəfiq olub. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla elə bir möhkəm bina inşa etdik ki, bu, əbədi qalacaq. Bizdən sonra gələn nəsillər də bu binanın üzərinə bir daş qoyarsa, bu möhtəşəm bir bina olacaq. Əziz qardaşım Ərdoğanın dəstək açıqlamaları bizə güc verir”.