Türkiyədən “S-400”-lərlə bağlı KRİTİK QƏRAR

Türkiyədən “S-400”-lərlə bağlı KRİTİK QƏRAR

Türkiyənin Sinopda NAVTEX elan etməsi və bölgənin hava məkanını bağlaması “S-400” hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirəcəyi ehtimallarını gücləndirib. ONN media  xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb. Bildirilib ki, Türkiyə Müdafiə Nazirliyi 16-17 oktyabr tarixlərində bölgədə sınaqların keçiriləcəyi barədə aidiyyəti qurumları məlumatlandırıb. Türkiyənin “S-400” raketlərini təxminən 6 saatlıq bir müddətdə radar testindən keçirəcəyi iddia edilib.

Geri qayıt