Ukrayna Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik etdi

Ukrayna Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik etdi

Ukraynanın Azərbaycandakı səfirliyi Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib. Təbrik mətni səfirliyin rəsmi “Facebook” səhifəsində paylaşılıb. Təbrikdə deyilir: “Oktyabrın 18-i dünya azərbaycanlıları Dövlət Müstəqilliyi Gününü qeyd edirlər. 29 il öncə bu gün Azərbaycan Respublikasının SSRİ-dən dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edilmiş və Azərbaycanın dövlət, siyasi və iqtisadi quruluşunun əsası qoyulmuşdur. Bu bayram münasibətilə Azərbaycanı təbrik edirik və qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq, harmoniya və çiçəklənmə arzu edirik!”.

Geri qayıt