Türkiyə S-400-ləri hərəkətə keçirdi - Bu ölkə QORXU İÇİNDƏ

Türkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin sınaqlarına başlayıb. ONN media xəbər verir ki, sistemlərin bir hissəsi Sinopda testdən keçib. Uğurla tamamlanan sınaqların ilk mərhələsi Yunanıstanı dərin narahat edib. Yunan mətbuatı rəsmi Afinanın S-300 hava hücumundan müdafiə sistemi ilə 7 il fasilədən sonra ikinci sınaq atışını gerçəkləşdirməyə hazırlaşdığını yazıb. Xəbərə görə, sınaqlar noyabr ayında başlayacaq. Bu tarixdə isə ABŞ və Rusiya xarici işlər nazirlərinin Yunanıstana ardıcıl səfərləri ilə üst-üstə düşür.