Çikaqoda Azərbaycan bayrağı ucaldıldı

Oktyabrın 18-də Azərbaycanın Müstəqillik Günü münasibətilə ABŞ-da İllinoys ştatının Çikaqo şəhərinin meriyası qarşısında dövlət himnimizin sədaları altında üçrəngli bayrağımız ucaldılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən ONN media -ya bildirilib ki, Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi (Azerbaijani Center of Midwest America - ACMA) tərəfindən təşkil olunan tədbirdə təxminən 50-yə yaxın soydaşımız iştirak edib. Bununla da dünya azərbaycanlılarının həmrəyliyi əks etdirilib, Amerika ictimaiyyətinin diqqəti işğalçı Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi terror aktlarına, mülki şəxslərin, xüsusilə azyaşlıların öldürülməsinə cəlb olunub.