Kişi barışığa gələn keçmiş kürəkəninə balta ilə hücum etdi - BAKIDA

Kişi barışığa gələn keçmiş kürəkəninə balta ilə hücum etdi - BAKIDA


Bakının Xəzər rayonunda bir nəfərin ağır yaralanması ilə nəticələnən ailə münaqişəsi baş verib.

ONN media xəbər verir ki, bu barədə  hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Belə ki, 1972-ci il təvəllüdlü yerli sakin Toğrul Hüseynov qızı ilə barışıq üçün evinə gələn 1993-cü il təvəllüdlü keçmiş kürəkəni Nurlan Paşayevə balta ilə hücum edib. Münaqişə zamanı kişi N.Paşayevin başına balta ilə bir neçə zərbə endirib. Nəticədə zərərçəkən 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, T.Hüseynov saxlanıb.
Geri qayıt