Evinin "Kupça"sı olmayanların NƏZƏRİNƏ!

İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu oktyabrın 21-də Bakının Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsi, 37-39 ünvanında, oktyabrın 23-də isə Xətai rayonunun, Mehmandarov küçəsi, 70-78 ünvanında keçiriləcək. ONN media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar qəbulu aparılıb. Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.