İrandan Dağlıq Qarabağ açıqlaması

Rusiya, Türkiyə və İrandan ibarət üçlü regional təşəbbüs Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması üçün ATƏT-in Minsk Qrupunun cəhdlərinə əlavə töhfə verə bilər. ONN media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bildirib. O, Dağlıq Qarabağda daimi sülhün yalnız genişmiqyaslı müzakirələrin köməyilə təmin oluna biləcəyini dilə gətirib.