Bu ölkə koronavirusun üçüncü dalğasına hazırlaşır

Polşa koronavirus infeksiyasının üçüncü dalğasına hazırlaşır. ONN media xəbər verir ki, bunu ölkənin baş naziri Mateuş Moravetski deyib. O bildirib ki, bu, COVID-19-a qarşı dərmanın tapılıb tapılmamasından asılı olacaq: “Biz indi təhlükəli mənzərə ilə, koronavirusun ikinci dalğası ilə üz-üzəyik. Ola bilər ki, üçüncü dalğa da bizi gözləsin”. Qeyd edək ki, bu günədək Polşada 192 mindən çox şəxs koronavirusa yoluxub, 3,7 min nəfər həyatını itirib.