Bu zirvə toplantısı 2021-ci ilə təxirə salındı - SƏBƏB?
Bu il Bişkekdə keçirilməsi planlaşdırılan Mərkəzi Asiya Respublikaları prezidentlərinin zirvə toplantısı koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb. ONN media xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilov açıqlama verib. Bildirib ki, sammitin gələn il Türkmənistanda baş tutacağı gözlənilir. Kamilov “Pravda Vostoka” qəzetinə müsahibəsində “Təəssüf ki, koronavirusla bağlı mövcud vəziyyət və bu pandemiyanın aradan qaldırılması vaxtı ilə bağlı davam edən qeyri-müəyyənlik səbəbindən növbəti, üçüncü zirvə toplantısının keçirilməsinin ehtimalı azdır”,- deyə qeyd edib.
