Cəlilabadda ev yanaraq külə dönüb

Cəlilabadda ev yanaraq külə dönüb

Cəlilabad rayonunun Soltankənd kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 135 m² sahədə yanıb. ONN media Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yüksək temperaturdan bitişik, ümumi sahəsi 50 m² olan talvarın lambirindən ibarət tavanı əriyib. Evin və talvarın qalan hissəsi, bitişik ümumi sahəsi 40 m² olan qaraj yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri qayıt