Ermənistanın Qarabağla quru əlaqəsi kəsildi - YOL BAĞLANDI

Ermənistanın Dağlıq Qarabağla birləşdirən Sotk-Karvaçar magistral yolu bağlanıb.
ONN media bildirir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, magistral yol Ermənistanın Qarabağla quru əlaqəsini təmin edən yollardan biridir.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatları qarşısında darmadağın olan Ermənistan silahlı birləşmələri bütün cəbhəboyu istiqamətlərindən sürətlə geri çəkilir.