Ermənistanın baş naziri yenidən yalan danışır - Hikmət Hacıyev

Ermənistanın baş naziri yenidən yalan danışır - Hikmət Hacıyev

“Ermənistanın Baş naziri yenidən yalan danışır". ONN media  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb. “Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozaraq saat 08:04-dən Tərtər rayonunu və kəndlərini atəşə tutmağa başlyıblar. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan artilleriya və minaatanlarla saat 08:05-dən qüvvələrimizə hücum edir”, - deyə Hacıyev əlavə edib. Qeyd edək ki, N.Paşinyan tvitter səhifəsində “Ermənistanın humanitar atəşkəsə əməl etdiyini” yazmışdı.

Geri qayıt