Ermənistanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Əks-kəşfiyyat idarəsinin rəisi general-mayor Ohanes Karumyan tutduğu vəzifədən azad olunub. ONN media xəbər verir ki, MTX-nin Mətbuat Xidməti O.Karumyanın işdən azad olunmasının səbəblərini açıqlamayıb.