Paşinyana daha bir ZƏRBƏ: istefa verməlidir, yoxsa...

Paşinyana daha bir ZƏRBƏ: istefa verməlidir, yoxsa...

Nikol Paşinyan istefa verməlidir, yoxsa Ermənistan hər şeyini itirəcək. ONN media xəbər verir ki, bunu Ermənistanın ilk baş naziri və müdafiə naziri Vazgen Mikaeli Manukyan deyib. O bildirib ki, Ermənistan bu gün tarixin ən utancverici səhifələrindən birini yaşayır: “Ermənistan və Ermənistanın gələcəyi təhdid altındadır. Bu hökumət istefa verməlidir. Yeganə xilas budur. Əks təqdirdə, hər şeyimizi itirə bilərik. Pis dövrdəyik”. Manukyan qeyd edib ki, vəziyyəti dəyişdirmək mümkündür: “Geri qayıtmaq mümkündürmü? Bəli! Amma mövcud hökumətlə deyil”.

Geri qayıt