30 hərbçinin meyiti və iki əsir Ermənistana təhvil verildi - RƏSMİ

30 hərbçinin meyiti və iki əsir Ermənistana təhvil verildi - RƏSMİ

Azərbaycan 30 hərbçinin meyitini və iki mülki şəxsi Ermənistana təhvil verib. ONN media bildirir ki, bu barədə hazırda Bərdə-Tərtər zonasında olan Prezidentin köməkçisi Hikmət Hacıyev məlumat verib. H.Hacıyev bildirib ki, 30 erməni əsgər və zabitin meyiti, eyni zamanda, əsir düşmüş iki mülki şəxs Tovuz-Qazax istiqamətində Ermənistana təhvil verilib. Prezidentin köməkçisi qeyd edib ki, bu məsələdə Rusiya Müdafiə naziri Sergey Şoyqunun böyük rolu olub.

Geri qayıt