Düşmənin qüvvəsi tükəndi - Şuşada döyüşmək üçün onlar gəldi

Erməni hərbi birləşmələrinin Qarabağda döyüşəcək qüvvəsi qalmayıb. ONN media xəbər verir ki, bölgənin ən strateji əhəmiyyətli şəhəri olan Şuşada belə döyüşmək üçün könüllü dəstələr göndərilib. Bu barədə qondarma “Dağlıq Qarabağ respublikası”nın “prezidenti” Arayik Arutyunyanın mətbuat katibi Vəhram Poqosyan feysbuk hesabında bildirib. O, paytaxt İrəvan və Ermənistanın digər bölgələrindən dəstələr toplandığını qeyd edib. Qeyd edək ki, qondarma “Dağlıq Qarabağ respublikası”nın “prezidenti” Arayik Arutyunyan Şuşada döyüşmək üçün canlı qüvvənin olmadığını, buna görə könüllü dəstələrə ehtiyac olduğunu, Azərbaycan Silahlı Qüvvələrinin Şuşadan 5 km məsafəyə qədər irəlilədiyini bildirib.