Düşmən Tərtərə 20-yə yaxın top mərmisi atıb

Ermənistan silahlı qüvvələri Tərtər rayon ərazisini atəşə tutmaqda davam edir.
ONN media xəbər verir ki, səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alaraq ağır artilleriyadan istifadə edir.
Ermənilər rayon ərazisinə gün ərzində 20-yə yaxın top mərmisi atıb.
Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Azərbaycan Odusu tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür.(report)