Repetitorluğa qadağa qoyulur?

"Repetitorluq təhsil müəssisələri sayılmır, tənzimlənməsi də problemdir”. ONN media xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. O qeyd edib ki, buna görə o sahədə hər hansı qadağa nəzərdə tutulmur. Nazir onu da bildirib ki, nazirlik bölgələrdə internet şəbəkəsinin tənzimlənməsi ilə bağlı işlər görür: "10 mindən artıq müəllimin distant təhsilə cəlb edilməsi kimi planımız var".