Çox yaxında Türkiyənin S-400-ə ehtiyacı olmayacaq - Professor ELAN ETDİ

Çox yaxında Türkiyənin S-400-ə ehtiyacı olmayacaq - Professor ELAN ETDİ

Türkiyənin yaxın zamanda S-400 zenit raket komplekslərinə ehtiyacı qalmayacaq. ONN media   xəbər verir ki, bunu Altınbaş Universitetinin müəllimi, professor Eray Güçlüer deyib. Professor bildirib ki, qısa müddətdə “Hisar-U” uzunmənzilli raketlər istehsal mərhələsinə daxil olacaq. Onun sözlərinə görə, Türkiyə hava hücumundan müdafiə sistemləri ilə dünyanın balansını pozmağa hazırlaşır. Qeyd edək ki, “Hisar-U” Uzun Mənzilli Yüksək Hündürlükdən Havadan Müdafiə Raket Sistemi layihəsi 2017-ci ildə başlanıb. Sistem 8×8 daşıyıcı avtomobilə quraşdırılacaq. Aktiv radiolokasiya başlığına sahib “Hisar-U”nun istehsalını ASELSAN edəcək. Sistemin ilk prototiplərinin 2019-2020-ci illərdə, arsenala daxili isə 2025-2026-cı illərdə nəzərdə tutulub.(publika.az)

Geri qayıt