İrandan Qarabağ sərhədi ilə bağlı AÇIQLAMA

İrandan Qarabağ sərhədi ilə bağlı AÇIQLAMA

Qarabağ münaqişəsi ilə həmsərhəd bölgələrdə İran üçün heç bir təhdid yoxdur. ONN media   xəbər verir ki, bunu İran ordusunun komandiri, general Kəyumərs Heydəri deyib. İran ordusunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ölkənin sərhəd bölgələrində sakit və təhlükəsiz mühitin təmin edilməsi İranın "qırmızı xətti"dir. Qeyd edək ki, son həftələrdə İran silahlı qüvvələri Qarabağ münaqişəsi zonası ilə həmsərhəd bölgələrdə konsentrasiyasını artırır, əlavə bölmələr göndərməklə sərhəd təhlükəsizliyini və zenit qüvvələrini gücləndirir.

Geri qayıt