Gürcüstanda seçkilərin ilkin rəsmi nəticələri AÇIQLANDI

Gürcüstanda seçkilərin ilkin rəsmi nəticələri AÇIQLANDI

Gürcüstan Mərkəzi Seçki Komissiyası bu saata olan nəticələrə əsasən partiyalar üzrə səs faizlərini açqlayıb. ONN media xəbər verir ki, MSK cəmi 3.847 seçki məntəqəsindən alınan məlumatları, yəni 2252 seçki məntəqəsinə görə səs faziləri ilə partiyaların reytinqini qeyd edib. Ölkə üzrə açıqlanan 3.847 seçki məntəqəsinin səs faziləri bu cürdür: ● “Gürcü Arzusu – Demokratik Gürcüstan" – 50.93%; ● “Vahid Milli Hərəkat – Güc Birlikdədir” – 24.68%; ● “Avropalı Gürcüstan" – 3,87%; ● “Vətənpərvərlər alyansı” – 3,33%; ● “Lelo Gürcüstan Naminə” – 3,08%; ● “Ağmaşenebeli Strategiyası” – 2,96%; ● “Qirçi” – 2,8%; ● “Aleko Elisaşvili – vətəndaşlar” – 1,32%; ● “Leyboristlər partiyası” – 0,99%. Qeyd edək ki, geridə qalan digər partiyalar 1%-dən az səs toplayıblar.

Geri qayıt