Ermənilər daha bir məktəbi darmadağın etdi

Ermənilər daha bir məktəbi darmadağın etdi

Ağdam rayonunun Mahrızlı kəndi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. ONN media  xəbər verir ki, nəticədə Rahib Məmmədov adına Mahrızlı kənd orta məktəbinə ciddi ziyan dəyib. Məktəbin bəzi divarları dağılıb, sinif otaqları yararsız vəziyyətə düşüb. Xatırladaq ki, bu gün Tərtər rayonu da atəşə tutulub. Rayona ümumilikdə 50-dən çox mərmi atılıb, 7 evə ziyan dəyib.

Geri qayıt