Hacıyev: “Ermənistan fosfor silahlarının istifadəsində geniş praktikaya malikdir”

"Ermənistan fosfor silahlarının istifadəsində geniş praktikaya malikdir". ONN media xəbər verir ki, bunla bağlı Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də paylaşım edib. Erməni hərbçilərinn fosfor silahından istifadəsi ilə bağlı danışan H.Hacıyev bildirib: "2016-cı ildə dörd günlük Aprel döyüşləri zamanı Ermənistan Tərtər rayonunun Əskipara kəndinə fosfor mərmiləri atmışdı. ATƏT nümayəndələrini - hərbi attaşeləri dəvət etdik və onların iştirakı ilə partlamamış hərbi sursatlar zərərsizləşdirildi".