Ərdoğan nazirləri toplayır - QARABAĞ MÜZAKİRƏSİ

Ərdoğan nazirləri toplayır - QARABAĞ MÜZAKİRƏSİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyilə Nazirlər Kabinetinin növbəti iclası baş tutacaq. ONN media  xəbər verir ki, nazirlərin müzakirə gündəminə 4 məsələ daxil edilib. İclasın əsas gündəm maddəsi İzmir zəlzələsi və şəhərsalmadır. Bundan başqa, ölkə miqyasında koronavirus pandemiyası ilə bağlı son vəziyyət müzakirə olunacaq. Nazirlər həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini masaya yatıracaq. Bunun fonunda Şərqi Aralıq dənizindəki son durum detallı şəkildə ələ alınacaq. İclasın digər müzakirə mövzusu BMT-nin nəzdində Liviyadakı münaqişə tərəfləri arasında təmin edilən atəşkəs olacaq. Münaqişələrlə bağlı meydandakı vəziyyəti Müdafiə nazir Hulusi Akar, diplomatik istiqamətdəki vəziyyəti isə Xarici İşlər naziri Mövlud Çavuşoğlu çatdıracaq.

Geri qayıt