Ağcabədiyə “Smerç” atıldı və...

Ermənistan silahlı qüvvələri tərəfindən Ağcabədiyə atılmış “Smerç” raketi boş əraziyə düşüb. ANAMA-dan ONN media -ya verilən məlumata görə, raket partlamayıb. ANAMA-nın əməkdaşları onu yerində zərərsizləşdirib. Müharibə başlayandan Ağcabədi və Ağdam rayonları ərazisində partlamamış 14 “Smerç” raketi zərərsizləşdirilib.