Azərbaycan yalnız bu halda NATO-ya qoşula bilər

Dağlıq Qarabağ münaqişəsi böyüyərsə, Azərbaycan NATO-ya qoşula bilər. ONN media xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Mete Yarar ölkə mətbuatına açıqlamasında deyib. O bildirib ki, Rusiya bölgədə əlavə problemlərin yaranmasını istəmir: “Münaqişə böyüyərsə, Azərbaycan NATO-ya qoşula bilər. Bu vəziyyət Rusiyanın ən böyük kabusu və fəlakətidir”, - ekspert bildirib.(axar.az)