Tərtərə atılan daha bir fosfor mərmisi zərərsizləşdirildi

Tərtərə atılan daha bir fosfor mərmisi zərərsizləşdirildi

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonun Səhləbad kəndi ərazisində istifadəsi qadağan olunan 3 ədəd fosforlu top mərmisi atılıb.  ONN media  xəbər verir ki, bu gün daha bir mərmi kənd sakininin həyətindən tapılaraq təhlükəsiz əraziyə aparılıb və zərərsizləşdirilib.

Xatırladaq ki, həmin mərmilərin ikisi ötən gün Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən zərərsizləşdirilmişdi.
Geri qayıt