Fransa xalqından Makrona ŞOK ZƏRBƏ

Fransada 10 nəfərdən 7-si Prezident Emmanuel Makronun hökumətinə etibar etmir. ONN media xəbər verir ki, bu, "YouGov" araşdırma şirkətinin anket sorğusu nəticəsində məlum olub. Şirkətin 2-3 noyabrda "Huffingtonpost" üçün apardığı araşdırmada vətəndaşların hökumətin koronavirus pandemiyası ilə zəif mübarizə apardığı bildirilib. İştirakçıların 73%-i hökumətin küçəyə çıxma qadağasına dair addımlarını əsassız hesab edib. 52% isə gözəllik salonları və kitabxanaların bağlanmasının məntiqsiz qərar olduğunu bildirib. Qeyd edək ki, 1 noyabrda Fransada aparılan sorğu nəticəsində hökumətin təhlükəsizlik tədbirlərinin əhalini terror və ya digər hadisələrdən qoruyacağına inananların sayı 26% təşkil etmişdi.