Xankəndi BOŞALDILIR - Yollar bağlandı və...

Qondarma Dağlıq Qarabağ rejiminin “paytaxtı” hesab edilən Xankəndidən (Stepanakert) əhalinin 70%-i çıxıb. ONN media xəbər verir ki, bunu şəhərin bələdiyyə başçısı David Sarkisyan açıqlayıb. Onun sözlərinə görə, şəhərdən çıxanlar İrəvana köçüblər. Bildirilib ki, şəhərə giriş-çıxış məhdudlaşdırıldığından əhalini qida ilə təmin etmək yerli hökumətin üzərinə düşür. Meriya qalan sakinlərə təxliyə təşkil etməyə hazır olduqlarını bildirib. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri həmin istiqamətdə əməliyyat keçirmir.