Ermənistana 50 ton silah göndərildi - SƏFİRLİK

Rusiyadan Ermənistana humanitar yardım adı altında 50 ton silah çatdırılıb. ONN media xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, Zvartnots Beynəlxalq Aeroportundan yola salınan “yardım” dərmanlar, tibbi avadanlıqlar, uşaq geyimləri, eləcə də müxtəlif zəruri mallardan ibarətdir. Açıqlamada qeyd edilib ki, son 5 həftə ərzində Ermənistana yüzlərlə ton “humanitar” yardım göndərilib. Qeyd edək ki, “humanitar yardım” adı altında mülki təyyarələr və yük maşınları vasitəsilə Ermənistana silah və muzdlular daşındığı iddia olunur.