Şəmkirdə AĞIR YOL QƏZASI: 2 nəfər öldü

Şəmkirdə AĞIR YOL QƏZASI: 2 nəfər öldü


Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

ONN media  bildirir ki, hadisə Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobil “Hyundai” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt