Şuşada ucalan bayrağımızın sevincini qazax şairi belə ərz etdi

Şuşada ucalan bayrağımızın sevincini qazax şairi belə ərz etdi

Şuşada ucalan bayrağımızın sevincini qazax şairi belə ərz etdi: Sayat Kamşıger MÜZƏFFƏR OL, AZƏRBAYCAN ƏSGƏRİ!!! Dörd bir dünya sənə baxır Qarabağ! O torpağın ürəyində qara dağ! Azad etsə Azərbaycan əsgəri! Məlhəm olar yaramıza, Qarabağ! Hansı güllə, şərqilərlə bəzəyim, Qədim türkün bu gülüstan diyarın. Oğlu-qızı ruh alıb o torpaqdan Ucaldacaq ədalətin bayrağın! İrəli get, gül açsın o torpaqlar, Sən olmasan tərlan yurdun sar alar. Harayına yetiş ulu ruhların, Yoxsa Bağın həsrət bağrı saralar. Dua etdim, əl açdım ki, Tanrıya, Şir gücü ver Azərbaycan oğluna! O əsgər ki, həyatından keçərək, Sahib çıxdı darda qalan yurduna! Sən könlümə nəfəs qədər yaxınım, Ər türklərin uca Şuşa qalası. Eşidirsən gələn ayaq səsini, Özüm alım o əsgərin qadasın. Hər qədəmi gülüstana döndərər, İrəli dur həqiqətin simsarı. Ulu yoldan dönmə geri, irəli! Müzəffər ol, Azərbaycan əsgəri! Azərbaycan dilinə uyğunlaşdırdı: Aida Eyvazlı.

Geri qayıt