BQXK cəsədlərin və əsirlərin mübadiləsinə hazırdır

BQXK cəsədlərin və əsirlərin mübadiləsinə hazırdır

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ermənistanla Azərbaycan arasında cəsəd və əsirlərin mübadiləsi prosedurlarına başlamağa hazırdır. ONN media  xəbər verir ki, bu barədə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin proqram rəhbəri Zara Amatuni bildirib. “Tərəflərin müvafiq müraciətindən sonra prosedurlara başlamağa və mübadiləni həyata keçirməyə hazırıq”, - Amatuni əlavə edib. Müraciət, münaqişəyə bütün cəlb edilənlər tərəfindən razılaşdırılmalıdır. Bundan sonra BQXK münaqişə tərəfləri ilə addımları əlaqələndirərək mübadilə aparacaq: "Biz hazırıq və ümid edirik ki, razılaşmanın bununla bağlı hissəsi həyata keçiriləcək".

Geri qayıt