400-dən çox rus əsgəri Qarabağa doğru hərəkət edir

Rusiya sülhməramlı kontingentini daşıyan 20 ədəd İl-76 təyyarəsi Ermənistana 400-dən çox əsgər aparıb. ONN media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Bildirilir ki, bölgədəki sülhməramlılar xidmət yerlərinə doğru hərəkət edir. Onlar bölgədə müşahidə məntəqələri quracaq.