Ermənistanda etirazlar davam edir: Liderlər HƏBS EDİLDİ

Ermənistanın paytaxtı Yerevanda ölkənin Dağlıq Qarabağ münaqişəsində kapitulyasiyası ilə əlaqədar etiraz aksiyası keçirilib. ONN media bildirir ki, etiraz aksiyasının qarşısı polis tərəfindən alınıb. Qeyd olunur ki, aksiya başlamamış polislər 20-yə yaxın şəxsi saxlayıb. Saxlananlar arasında parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov, müxalif partiyaların nümayəndələri olub. Müxalifət nümayəndələri baş nazir Nikol Paşinyanın üçtərəflıi bəyanatı imzalaması ilə əlaqədar etirazlarını davam etdirəcəklərini bildirib.