Süleymenov Prezident və birinci xanımı təbrik etdi

Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenovdan Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlanıb. ONN media bildirir ki, məktubda deyilir: "Əziz İlham Heydər oğlu. Əziz Mehriban xanım. Sizin şəxsinizdə bütün qardaş Azərbaycan xalqını çoxdan gözlənilən Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycanla fəxr edirəm".