Türkiyədə son vəziyyət açıqlandı

Türkiyədə son sutka ərzində koronavirusdan 86 nəfər ölüb. ONN media xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib O qeyd edib ki, son 24 saatda 145 989 şübhəli koronavirus testindən keçib, onlardan 2693-nün cavabı pozitiv çıxıb, 2112 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 3095 nəfər olub. Türkiyədə indiyədək 402 053 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 11 145 nəfər ölüb.