Daxili İşlər nazirindən daha bir TƏYİNAT
Daxili İşlər orqanlarında dəyişiklik olub. ONN media bildirir ki, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, Səbail Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polkovnik-leytenant Elmir İsgəndərov vəzifəsindən azad olunub. Nazirin digər əmri ilə o, DİN-in Baş mühafizə İdarəsinin Xidmətin Təşkili İdarəsinə rəis təyin edilib.
