La Liqada yeni baş məşqçi
İspaniyanın “Selta” klubunun yeni baş məşqçisi müəyyənləşib. ONN media xəbər verir ki, La Liqa təmsilçisi Eduardo Kudeyə tapşırılıb. 46 yaşlı mütəxəssislə 2022-ci ilin yayınadək müqavilə imzalanıb. Kude bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Oskar Qarsiyanı əvəzləyib. Qeyd edək ki, “Selta” bu mövsüm La Liqada keçirdiyi 9 turdan sonra 7 xal toplayıb və 17-ci pillədə qərarlaşıb.
