Hacıbala Abutalıbovun ailəsində AĞIR İTKİ

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, Baş nazirin sabiq müavini Hacıbala Abutalıbova ağır itki üz verib. ONN media xəbər verir ki, H.Abutalıbovun qardaşı Osman Abutalıbov vəfat edib. Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilib. Qeyd edək ki, Hacıbala Abutalıbovun qardaşı tikinti və uşaq bağçası biznesi ilə məşğul olub.