Qonşu ölkədə yeni rekord

Qonşu ölkədə yeni rekord

Gürcüstanda son sutka ərzində koronavirusa gündəlik yoluxma sayında yeni bir rekord yaşanıb. ONN media  xəbər verir ki, son 24 saatda 3 157 nəfərdə “COVID-19” aşkarlanıb. Bununla da, ölkədə koronavirusa yoluxma halı 82 min 835-ə çatıb. Ölkədə xəstəlikdən bir gündə 30 nəfər vəfat edib. Bununla da ölüm sayı 733-ə çatıb. Son sutkada 3230 nəfər sağalıb.

Geri qayıt