Ohanyanın döyüşlərdə ağır yaralanan oğlu ÖLDÜ

Ermənistan ordusunun hərbi qulluqçuları Ermənistanın 8-ci Müdafiə rayonunun komandiri, Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyanın oğlu Artur Ohanyanın ölməsi barədə məlumat paylaşıb. ONN media xəbər verir ki, onun cəsədi artıq Ermənistana aparılıb. Qeyd edək ki, Artur Ohanyan oktyabrın 7-də Azərbaycan ordusunun əks-hücum əməliyyatları zamanı ağır yaralanmışdı. Onun iki ayağı da amputasiya olunmuşdu. Xatırladaq ki, Şuşa uğrunda döyüşlərdə Seyran Ohanyanın özünün də yaralandığı barədə məlumatlar yayılmışdı.