FİFA-dan azərbaycanlı hakimə təyinat

Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan təyinat alıb. ONN media xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Ukrayna-Şimali İrlandiya qarşılaşmasında iş başında olacaq.
Cabbarova Elşad Abdullayev və PərvinTalıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Qeyd edək ki, qarşılaşma noyabrın 17-də keçiriləcək.