İranda karantin sərtləşdirilir: iş yerləri bağlanacaq

İranda yenidən karantin rejimi sərtləşdirilir. ONN media xəbər verir ki, noyabrın 21-dən etibarən, paytaxt Tehran başda olmaqla, 31 əyalətin 25-də "məcburi" xarakter daşımayan bütün iş yerləri bağlanacaq. Çörək bişirmə sexləri, xalqın əsas qida ehtiyaclarını ödəyən mərkəzlər, eləcə də xəstəxanalar fəaliyyətini davam etdirəcək. Vəziyyətdən asılı olaraq iş yerlərində çalışanların sadəcə üçdə biri işə gedə biləcək. 25 əyalətə giriş-çıxışa məhdudiyyətlər qoyulacaq. "Yüksək riskli" yerlərdə avtomobillər şəhər kənarına çıxa bilməyəcək, şəhərlərarası səyahət qadağan ediləcək.