30 ildir bağlı olan sərhəd açıldı

İraqla Səudiyyə Ərəbistanı arasındakı “Arar” sərhəd-keçid məntəqəsi 30 ildən sonra yenidən açılıb. ONN media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, açılış mərasimində ölkə rəsmiləri də iştirak edib. Bununla iki ölkə arasında ticarət əlaqələrinin daha da artacağı gözlənilir. Qeyd edək ki, sərhəd qapısı 1990-cı ildə İraqın Küveyti işğal etməsindən sonra bağlanıb.